Erməni hərbçi Artak Ovannisyanın ölməsi ermənilər tərəfindən rəsmi olaraq təsdiqlənib.
Musavat.com xəbər verir ki, Ermənistanda qəhrəman elan edilən və şəkli reklam lövhələrinə vurulan Artak Ovannisyan Ermənistan ordusunda topçu vəzifəsində xidmət edib.Qeyd edək ki, döyüşlər başlayandan bu şəkil Ermənistanda xeyli məşhurlaşmışdı. Daha sonra həmin erməni əsgərin Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilməsi bildirilmişdi.