Yüzlərlə erməninin öldüyünü yazan jurnalistə qadağa qoyuldu

Yüzlərlə erməninin öldüyünü yazan jurnalistə qadağa qoyuldu backend

Ermənistanın xarici işlər nazirliyi işğal altında olan Xankəndi və Şuşada yüzlərlə erməni hərbçisinin öldüyü barədə reportaj hazırlayan rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, onun Ermənistana və Dağlıq Qarabağa girişinə qadağa qoyulub.

Ermənistan rəhbərliyi jurnalistin erməni ordusunun itkiləri barədə real faktları yaymasından narahat olub. Bu səbəbdən İlya Azarın fəaliyyəti qadağan edilib.
Diaspora