Hulusi Akar: “Bir 30 il də gözləməyə səbrimiz yoxdur”

Hulusi Akar: “Bir 30 il də gözləməyə səbrimiz yoxdur” backend

“Bir 30 il də gözləməyə səbrimiz yoxdur. Həll mexanizmlərinin beynəlxalq miqyasda etimad qazanması üçün fürsət yaranıb”.

APA-nın yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Azərbaycan torpaqlarının işğalına səssiz qalanlar atəşkəs çağırışı yerinə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etməlidirlər.

“Qarabağı işğal edən və mülki əhaliyə qarşı qırğınlar törədən Ermənistanın qarşısında səssiz qalanların nümayiş etdirdikləri davranış tam bir ikiüzlülükdür”, - deyə nazir vurğulayıb.
Diaspora