Bir sıra ölkələrdən erməni əsilli şəxslərin və muzdluların Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşməsi barədə xarici mediada mütəmadi olaraq məlumatlar verilir.
Azvision.az “FRANCE 24”ə istinadən xəbər verir ki, Fransada yaşayan ermənilər də Azərbaycana qarşı döyüşmək üçün Ermənistana qayıdırlar.Fransanın qərbində yaşayan Vardan adlı erməni inşaatçı deyib ki, Dağlıq Qarabağda döyüşmək üçün ölkəsinə qayıtmaq barədə qərar verib.
Bundan başqa, 1990-cı illərdə Qarabağda döyüşmüş 45 yaşlı digər erməni bir qrupla Ermənistana qayıdıb, cəbhəyə getməyi planlaşdırdığını bildirib.