Fransadan Qarabağa gələn erməni könüllü: “Gözümün qabağında 200 əsgər öldü”

Fransadan Qarabağa gələn erməni könüllü: “Gözümün qabağında 200 əsgər öldü” backend

“Artur Oqanisyan əslən Gümrüdən olan Fransa vətəndaşıdır, könüllü Qarabağa gəlib”.

Bu barədə yerli mediada məlumat yayılıb.

Məlumatda bildirilir ki, Oqanisyan Azərbaycan Ordusunun Cəbrayılı almasından sonra geri dönüb:

“Artur Oqanisyan deyir: Onlar (Ermənistan hökuməti) insanları aldadır, 18 yaşlı əsgəri təkcə avtomatla cəbhəyə göndərirlər. Deyirlər bağışlayın güllə yoxdur, tank yoxdur, bronjilet yoxdur. Orada heç nə yoxdur! Dünən Hadrutda olduq, zabitlər gəlmişdi. Dedilər komandiri mühakimə edəcəklər. Gecə cavanları yığıb və Cəbrayıldan getmələrini söyləyib. O, rəhbərliyin əmrinə qulaq asmayıb. Komandir bunları dedi: “Cavan uşaqlardır, 10 gündür orduya çağırılıblar və artıq əllərinə avtomat veriblər”. Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən hərbi xidmətdə olmuşam, hərçənd orada bu da kömək etmir. Avtomat aviasiya və artilleriyaya qarşıdır. Mən orada canlı meyidəm. Bizim xətdə gözümün qabağında 200 nəfər öldü. Ümumilikdə orada minlərlə ölü var. Bu savaşa baxandan sonra başa düşdüm ki, hər şeyi verəcəyik. Onlar Laçını almaq istəyir, amma elə kökləniblər ki, Ermənistana da gedə bilərlər”.

Modern.az
Diaspora