Xəbər verdiyimiz kimi düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası Azərbaycan ordusu tərəfindən qənimət götürülüb.
AzTV-nin cəbhə bölgəsinə ezam olunmuş müxbiri bildirib ki, onlar arasında Ermənistan ordusunun yüksək rütbəli zabitinə məxsus olduğu ehtimal edilən “Pikap” tipli avtomobil də var:“Həmin avtomobil arxadan vurulub. Bu da onu göstərir ki, həmin erməni zabit öz döyüşçülərini postda qoyub və qaçıb. Lakin Azərbaycan ordusunun hərbçiləri həmin avtomobili arxadan vuraraq ələ keçiriblər”.