Ermənistanın Azərbaycanda dinc əhalinin yaşadığı ərazilərə “Toçka-U” raketləri ilə zərbələr endirməsini təsdiqləyən video ortaya çıxıb.
Bu barədə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə “Twitter” hesabında paylaşım edib.Görüntülərdə iki fərqli mövqedən ermənilərin “Toçka-U” raketlərini Azərbaycan istiqamətində buraxması əks olunub. İşğalçı ordunun hərbçilərinin beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunan bu addımı böyük canfəşanlıqla icra etdiyi görünür.
Oxu.az