Qardaş ölkə Türkiyənin “Qalatasaray” klubunun ən böyük azarkeş qrupu “UltrAslan” Qarabağ cəbhəsində döyüşən Azərbaycan hərbçilərindən birinin “A Haber” telekanalına müsahibəsi zamanı səsləndirdiyi “Xankəndində “Qarabağ” - “Qalatasaray” oyunun izləmək ən böyük arzumdur” fikrinə reaksiya verib.
Bu barədə “UltrAslan”ın “Twitter” hesabında paylaşım edilib.“#BekleBiziKarabağGalatasarayGeliyor” həştəqi ilə edilən paylaşımda qeyd olunub:
“Ben ezelden beridir hür yaşadım, hür yaşarım; Hangi çılgın bana zincir vuracakmış? Şaşarım! Azad Qarabağda görüşənədək!”.