Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”

Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı” backend

Xəbər verdiyimiz kimi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Bu münasibətlə azxeber.com Milli Qəhrəmanın atası Ağakərim İbrahimovla danışıb.

O deyib: "Bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Ordumuzu, əsgərlərimizi və zabitlərimizi, xalqımızı sevən hər kəsi təbrik edirəm.

İlk gündən demişdim ki, Mübariz artıq xalqındır. İndi bütün yeni nəsil onu yaşadır. Bir məsəl var haqq incələr, amma üzülməz.

Ordumuz müqəddəs olduğu kimi əsgərləri də müqəddəsdir. Onlar tarix yazan ordunun tərkibindədir. Allahdan bütün əsgərlərimizə can sağlığı və güc-qüvvət arzu edirəm.

Mübarizin intiqamının alınmasını gözləyirdim və bu gün o xəbəri aldım!”
Diaspora