Suqovuşanda balıq zavodu var. Orada kürü istehsal olunur.
Trend-in məlumatına görə, Suqovuşan həm Ağdərə, həm də Sərsəng su anbarına yaxındır. Bu ərazi yerli iqtisadi infrastrukturun əsasıdır.Sərsəng Su Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi Qarabağın elektrik enerjisinin 60-70%-ni təşkil edirdi. Burada istehsal olunun elektrik enerjisi Ermənistana da verilirdi.
Bütün bunlar artıq Azərbaycana aiddir!