Raket hücumuna məruz qalan Gəncədən görüntülər

Raket hücumuna məruz qalan Gəncədən görüntülər backend

Ermənistan tərəfi Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəni atəşə tutub. Gəncədə insanların sıx yaşadığı əraziyə kütləvi raket hücumları edilib.

Qazilər.az xəbər verir ki, bu barədə görüntüləri prezidentin köməkçisi Hikmət Hacıyev özünün “Twitter” hesabından paylaşım edib.

Görüntülərdə Ermənistan tərəfinin Gəncəni atəşə tutması nəticəsində qeydə alınan dağıntılar əks olunub.

Düşmən təxribatıyla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb. Məlumatda deyilir:

Hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Həmin videogörüntüləri təqdim edirik:



Results of Armenia's massive missile attacks against dense residential areas in Ganja city. Azerbaijan retains its right to take adequate measures against legitimate military targets to defend civilians and enforce Armenia to peace. 4 new missile just hit Ganja. pic.twitter.com/GInYCJyJc6

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 4, 2020
Diaspora