"Bu gün sevindirici məlumatlar yayılacaq" - AÇIQLAMA

"Bu gün sevindirici məlumatlar yayılacaq" - AÇIQLAMA backend

Bu gün də Qarabağ üçün vacib proseslər baş verəcək. BMT Təhlükəsizlik Şurasında müzakirələrdən ciddi gözləntilər olmasa da, onun qərarından daha çox məyus qalan ermənilər və onların havadarları olacaq. Əsas odur ki, bu qərar Ermənisanda gözlənilən siyasi böhranı dərinləşdirə bilər.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Q.İbadoğlu əlavə edib ki, Azərbaycanın rəşadətli ordusunun igid əsgərləri sayəsində xəritədə qırmızı rəngdə olan bəzi rayonlar üzrə rəng dəyişikliyi baş verəcək: "Daha doğrusu gözlədiyimiz sevindirici məlumatlar yayılacaq. Rəsmi xəbərləri izləyin. Qırmızı rəngin tam dəyişəcəyi gün də gələcək, nəzərə alın ki, öncə strateji obyektlər, infrastruktur və hərbi texnika sıradan çıxarılır, sonra ərazilər yağılardan təmizlənir. Darıxmayın, o gün də gələcək".
Diaspora