Biz Qarabağı terrorçulardan təmizləyirik.
Bu sözləri yazıçı, millət vəkili Aqil Abbas APA TV-nin “Aparel” proqramında Qarabağ mövzusunda danışarkən deyib.“Müharibə iki dövlətin arasında olur. Biz Dağlıq Qarabağla müharibə aparmırıq. Bu bir. İkincisi də Dağlıq Qarabağdakı hər hansı bir erməni Azərbaycan Konstitusiyasını qəbul edirsə, vətəndaşlığımızı qəbul edirsə biz ona deyə bilmərik ki, çıx, get.
30 ildir eşidirəm ki, Bakıda 30 min erməni yaşayır. Bunlar heç artmadı? Onlara kimsə nəsə deyir? Bizim işimiz yalnız terrorçuları təmizləməkdir”.