Minsk Qrupu da müharibəni qaçılmaz sayır - Professor

Minsk Qrupu da müharibəni qaçılmaz sayır - Professor backend

Mən ATƏT-in Minsk Qrupunun nə vaxtsa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll edəcəyini gözləmirəm.

Bunu Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev son günlər təmas xəttində yaşanan gərginliyə ATƏT-in Minsk Qrupunun heç bir reaksiya verməməsi haqda danışarkən deyib.

O bildirib ki, Minsk Qrupundan gözləntilər həddindən artıqdır:

“Bu qurum arbitraj komissiyası deyil. Birdəfəlik başa düşmək lazımdır ki, bu qurumun tək missiyası münaqişə tərəflərini dialoqa səsləmək və danışıqlar prosesinə cəlb etməkdir.

ATƏT-in Minsk Qrupu münaqişə tərəflərinə güc tətbiq etməkdən imtina etmək kimi təkliflər etməməlidir. Çünki bu gün belə bir çağrışı etmək səlahiyyətinə Avropa Parlamenti və ya BMT kimi qurumlar malikdir.

Düzdür, Minsk Qrupu müxtəlif vaxtlarda tərəfləri dialoqa səsləyən bəyanatlar verir. Bu da elə bir təəssürat yaradır ki, Minsk Qrupu münaqişəni birmənalı surətdə həll etməlidir. Reallıq ondan ibarətdir ki, bu gün Dağlıq Qarabağ münaqişəsi dalana dirənib. Həmsədrlər də anlayır ki, münaqişənin danışıqlar yolu ilə həlli yoxdur. Faktiki olaraq nə Ermənistan, nə də Azərbaycan öz milli maraqlarından imtina etmək, ya da güzəşdə getmək niyyətindədir. Belə olduqda isə tək yol müharibədir. Görünür, bununla artıq ATƏT-in Minsk Qrupu da barışıb”.
Diaspora