“Qarabağdan danışaq” TV layihəsinə start verilib

“Qarabağdan danışaq” TV layihəsinə start verilib backend

Diasporla İş üzrə Dövlət Komitəsi “Qarabağdan danışaq” adlı yeni layihəni təqdim edib.

Komitədən Trend-ə bildirilib ki, layihə çərçivəsində Qarabağın mülki əhalisinin xatirələrinin videolentə alınması nəzərdə tutulur. TV layihəsinin ilk buraxılışı artıq Diaspor TV-də yayımlanıb və verilişdə hazırda Norveçdə yaşayan Xankəndi sakini Arzu Rzayeva doğulub-böyüdüyü Xankəndi şəhəri, Şuşada təhsil aldığı illər, Qarabağda yaşayan ermənilərin azərbaycanlılara münasibəti və s. haqqında danışıb.

Komitə “Qarabağdan danışaq” verilişində xaricdə yaşayan azərbaycanlılarla bərabər, torpaqlarımızın işğalı nəticəsində doğma yurdundan didərgin düşən soydaşlarımızın xatirələrini lentə alaraq Qarabağın mülki əhalisinin başına gətirilənləri dünya ictimaiyyətinə çatdırmaq niyyətindədir.

Diaspora