Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sənədlərdə ədaləti təmin edəcək məqam var.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri ilə görüş zamanı deyib.Nazir bildirib ki, bu məsələdə ümumi xətt 18 il ərzində hazırlanmış sənədlər kompleksinə əsaslanır:
“Bizim xəttimiz demək olar ki, 18 il ərzində hazırlanmış sənədlər kompleksinə əsaslanır. "Madrid prinsipləri" var, tərəflərin gələcək iş üçün əsas olaraq təsdiqlədikləri sənədlərin yenilənmiş versiyaları var. Bu sənədlər ATƏT katibliyinə təhvil verilib.
Bu sənədlərdən imtina edib, sıfırdan başlamağın, hətta bir növ “B” planını işə salmağın lazım olduğuna dair təkliflər var. Bunun böyük bir səhv olacağını hesab edirik və bu illər ərzində qazanılanların gələcək səylərimizin əsası olacağına əminik. Orada razılaşdırılanları ətraflı təsvir etməyəcəyəm. Bu, işin kifayət qədər gizli hissəsidir. Ancaq sizi əmin edə bilərəm ki, həm erməni nümayəndələri, həm də azərbaycanlılar üçün ədaləti təmin edəcək bir məqam var”.