Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlayıb.
Qaziler.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, aksiyaya dəstək olmaq üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İctimai Birlik tərəfindən hazırlanmış və birliyin rəsmi www.virtualkarabakh.az portalında, “YouTube” (www.youtube.com/virtualkarabakhtv) kanalında və rəsmi “Facebook” səhifəsində (www.facebook.com/virtualkarabakh/) Qubadlı rayonunun işğalının acı nəticələri ilə bağlı məlumatlar paylaşılır, infoqrafikalar, filmlər, digər foto və video materiallar nümayiş etdirilir.Həmin təbliğat materiallarını verilmiş səhifələrə daxil olaraq müvafiq həştəqlərdən istifadə etməklə sosial şəbəkələrdə fəal şəkildə paylaşmaq mümkündür.