2016-cı ildə baş verən Aprel savaşı demək olar ki, bütün istiqamətləri əhatə edən əməliyyatlar oldu.
O əməliyyatlarda iştirak edən yüksək vəzifəli zabit və hərbi qulluqçular orduda hələ də qalır. Onlar məğlubiyyətin acısını hiss ediblər. Və bu da onları həssas edib.Axar.az xəbər verir ki, bu barədə "Revyu" siyasi tok-şou zamanı "Henaket" analitik mərkəzinin rəhbəri Tiqran Abrahamyan danışıb.
“Azərbaycan Ordusu Qarabağ məsələsini çox qısa müddətdə həll edə bilər. Üstəlik, daim danışılan bəzi epizodlar var, onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin arsenalından hələ tam istifadə etməməsidir”.
O bildirib ki, bu münaqişəni və ya Türkiyənin mümkün təsirini zərərsizləşdirmək üçün İrəvan NATO ilə işləməlidir.