Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib.
Qazilər.az xəbər verir ki, dövlət komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, layihə çərçivəsində Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində ağsaqqallar, ziyalılar, ictimai fəallar, şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər, batalyon komandirləri və gənclərin iştirakı ilə 100-dən çox video-çarx hazırlanıb."Öncə Vətən!" layihəsinin növbəti qonağı müharibə veteranı, şəhid atası Əkbər Rüstəmovdur.