Şəhidlər vurulduğunda yox, unudulduğunda ölür — Həmin gündən 5 il ötür

Şəhidlər vurulduğunda yox, unudulduğunda ölür — Həmin gündən 5 il ötür backend

Bu gün onların vətənimiz uğrunda şəhid olduqları gündən 5 il ötür

1 avqust 2014-cü il. Bu tarixdən 5 il ötür. Məhz həmin tarix Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixinə daha bir qəhrəmanlıq səhifəsi kimi yazıldı.

2014-cü ilin İyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan Respublikasının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdi. Lakin qəhrəman hərbçilərimiz həmin ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbə vurmuş, onların hücumunu layiqincə dəf edə bilmişdi. O gecə postlarımıza soxulmağa cəhd edən düşmən, ciddi itkilər verərək geri çəkilməyə məcbur olmuşdu.

Düşmənin hücumlarının qarşısını alarkən 3 gün ərzində ordumuzun 13 hərbçisi – 1977-ci il təvəllüdlü gizir Almazov İsa Ziyad oğlu, 1995-ci il təvəllüdlü əsgər Poladov Vüqar Hidayət oğlu, 1992-ci il təvəllüdlü MAXE (müddətdən artıq xidmət edən) Əhmədov Qaryağdı Eldar oğlu, 1995-ci il təvəllüdlü əsgər Abdinov Hüseyn Etibar oğlu, MAXE Elvin Əsgərov, 1995-ci il təvəllüdlü əsgər Rəhimov Əli Fətulla oğlu, əsgər Səftər Məmmədov, əsgər Mustafa Əlicoşqunov, 1995-ci il təvəllüdlü İbrahimov Elnur Mühəddin oğlu, gizir Əliyev Pərvin Səlahəddin oğlu, 1987-ci il təvəllüdlü Hüseynov Rahil Əfsər oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elçin Rasim oğlu, 1977-ci il təvəllüdlü Namazov İsa Ziyad oğlu şəhidlik zirvəsinə yüksəlmişdilər.

Şəhidlərimizi unutmayaq! Çünki, şəhidlər vurulduğunda yox, unudulduğunda ölürlər!

Fan.az
Diaspora