Alman ekspert: “Dağlıq Qarabağda məsələnin siyasi həlli görünmür”

Alman ekspert: “Dağlıq Qarabağda məsələnin siyasi həlli görünmür” backend

Alman politoloq, Britaniyanın “Elm və siyasət” fondunun Qafqaz üzrə eksperti Uve Halbax Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsini ən real ssenari saydığını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Die Tageszeitung” qəzetinə verdiyi müsahibəsində danışıb.

Postsovet məkanında münaqişələrdən bəhs edən alman siyasət mütəxəssisi hazırkı vəziyyəti Cənubi Osetiya, Abxaziya və Ukraynanın şərqindəki münaqişələrlə müqayisə edib.

“Bütün bu ocaqlar bu vaxta qədər dondurulmuş sayılırdı. Lakin Dağlıq Qarabağ konflikti göstərir ki, buna arxayınlaşmaq olmaz. Bundan öncə münaqişə 2016-cı ilin aprelində bir dəfə alovlanıb. İndi də həmin proses baş verir. Buna görə artıq Dağlıq Qarabağ ətrafındakı məsələni dondurulumuş hesab etmək olmaz. Azərbaycan və Ermənistan arasındakı vəziyyəti digər münaqişələrdən fərqləndirən xüsusiyyət burada xarici qüvvələrin müxtəlif şəkildə təmsil olunmasıdır”,-deyə U.Halbax qeyd edib.

Politoloq bölgədə Rusiyanın bölgədə oynadığı rola diqqət çəkib:

“Rusiya Ermənistanda hərbi bazaya malikdir, üstəlik, hər iki tərəfə də silah tədarük edir. Lakin Abxaziya və Cənubi Osetiyadan sonra Moskva birbaşa münaşqişənin tərəfi kimi iştirak etmir. Mənim fikrimcə, Kreml hazırda neytral mövqe sərgiləyir. Rusiyanın rəsmi bəyanatlarından belə görsənir”,-deyə o söyləyib.

“Rusiyanın Dağlıq Qarabağ ətrafında mövqeyi əslində ABŞ və Fransa kimi digər Qərb dövlətlərinin mövqelərindən fərqli deyil. Bu o deməkdir ki, biz burada Ukrayna və ya Gürcüstanda olduğu kimi dərin geopolitik münaqişənin hallarını müşahidə etmirik”,-deyə Halbax vurğulayıb.

Ekspertin sözlərinə görə, Türkiyə burada öz mövqeyini bir tərəfdən yana, açıq şəkildə qoyan yeganə dövlət olub və Azərbaycanı dəstəkləyəcəyini bəyan edib.

“Bütün hallarda hadisələrin ən pis gedişindən qaçmaq lazımdır. Bu o deməkdir ki, tərəfləri öncə savaşa girməkdən çəkinməyə çağırmaq gərəkdir. Lakin artıq təhlükə tamamilə readır. Siyasi həll yolu isə görünmür. Azərbaycan ən azından 7 ətraf rayondan Ermənistan ordusunun çıxaırlmasını, erməni tərəfi isə Dağlıq Qarabağ üçün təminat istəyir. Lakin hazırkı anda heç bir tərəf güzəştə getmək fikrində deyil”,-deyə Uve Halbax bildirib.
Diaspora