“Narahat olmayın, hər şey yaxşıdır” - Şəhid gizirin son mesajı

“Narahat olmayın, hər şey yaxşıdır” - Şəhid gizirin son mesajı backend

Ömrünün yeddi ilini döyüş səngərlərində keçirdi şəhid gizirimiz.

Bu illər ərzində ön xətdə neçə-neçə hərbçi yoldaşının həyatını xilas edib.

Atası Ayaz Zeynallı da hər zaman oğlunun hərbi işdə çalışmasını istəyib. Elə şəhidimizin də ən böyük arzularından biri hərbi sahədə işləmək olub. Bu arzusunu gerçəkləşdirməyə nail olan İlqar həkim kimi bacarıqlarını da məhz Vətən səngərində yerinə yetirib - mərd və qəhrəman şəhidimiz!

İlqar Zeynallı ölümündən bir neçə gün əvvəl, daha dəqiq desək, iyul ayının 9-da 25 yaşını qeyd edib. Ertəsi gün yenidən xidmətə - cəhbəyə yollanıb. Sonuncu mesajını iyul ayının 13-də şəhidlik zirvəsinə ucalmamışdan cəmi bir neçə saat öncə yazıb. Mesaj isə budur:

“Narahat olmayın, hər şey yaxşıdır”.

Mərd Vətən oğlundan geriyə qəlblərdə yaşayan adı və heç vaxt unudulmayacaq xatirələri qalıb. Bu gün Tovuz rayonunun Cəlilli kəndində hər kəs onun adını dərin hörmət və ehtiramla yad edir. Vətən üçün qəhrəman, xalq üçün ölməz olan İlqar Zeynallı, Allah sənə rəhmət eləsin! (Baku.tv)

Diaspora