Teleaparıcı Zaur Baxşəliyev Ağdamla bağlı xatirələrini bölüşüb.
Musavat.com xəbər verir ki, aparıcı Ağdamda keçirdiyi günləri belə xatırlayıb:“1992-ci ildə Şuşadan vertolyotlarla çıxdığımız anı xatırladım. O zaman Ağdama gəldik və bu da son dedik. Onda 10 yaşım vardı. O vaxtdan bu zamana kimi acı, həsrət, iztirab 28 ildir qayıtmayan Qarabağ… Ağdamın Səməd Vurğun küçəsində atam böyük bağ almışdı, iki mərtəbəli evimiz vardı. Heç orada 3-4 dəfə qalmadıq. Anam Şuşada, Ağdamda olan evlərimizin sənədlərini, açarlarını hələ də saxlayır. Anamın ümidi ölməyib, onun ümidi ölməyibsə, deməli, qayıdacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin, xalqımızı qorusun. 10 ildir əzab çəkən, müharibənin travmasını yaşayan ailələrlə bərabər işləyirəm. Müharibə onlarda elə ağır izlər buraxıb ki, 28 ildir unudulmur”.
Qeyd edək ki, bu gün Ağdamın işğalından 27 il ötür.