Sonuncu mesajı cavabsız qalan şəhid qızının fəryadı

Sonuncu mesajı cavabsız qalan şəhid qızının fəryadı backend

Bəli, biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik.

Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq haqqını itirməyib.

Qəhrəmanlıq an məsləsi deyil. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf deyilən heç nə yoxdur. O da təsadüfən seçməmişdi bu peşəni. Çətinliklərindən də, sonundan da xəbərdar idi əslində 44 Yaşlı Anar Novruzov..

Baku.Tv şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub.

Ömür gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq vətən uğrunda qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir. Anar Novruzovun Toyunda vağzalı əvəzinə “Əsgər marşı”nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu

Anar evə-eşiyə sığmazdı. O Cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac 2 övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.

İndi artıq evladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.

Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, İllər dəyişir Ancaq nə qəhrəman xalq nə də namərd millət dəyişmir.

Ana övladını, oğul atasını, qadın həyət yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürürla, fəxrlə şəhid yolunda evlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və 2 övladı yadigar qaldı bizə.

Diaspora