Türkiyənin tanınmış xəbər agentliklərindən olan “Anadolu”nun əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən yazı hazırlayıb.
Türkiyənin tanınmış xəbər agentliklərindən olan “Anadolu”nun əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən yazı hazırlayıb.“Report”un məlumatına görə, agentlik qeyd edib ki, düşmənlə üz-üzə dayanan Azərbaycan hərbçiləri hücuma layiqli cavab verməyə hazırdır.
Agentlik bildirib ki, Azərbaycan hərbçiləri ermənilərin cəbhədəki bütün hərəkətlərini diqqətlə müşahidə edir. Eyni zamanda düşmənin bütün hərəkətləri barədə komandanlığa operativ məruzə edilir.
Türkiyənin tanınmış xəbər agentliklərindən olan “Anadolu”nun əməkdaşları Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən yazı hazırlayıb.
“Report”un məlumatına görə, agentlik qeyd edib ki, düşmənlə üz-üzə dayanan Azərbaycan hərbçiləri hücuma layiqli cavab verməyə hazırdır.
Agentlik bildirib ki, Azərbaycan hərbçiləri ermənilərin cəbhədəki bütün hərəkətlərini diqqətlə müşahidə edir. Eyni zamanda düşmənin bütün hərəkətləri barədə komandanlığa operativ məruzə edilir.
“Azərbaycan əsgərlərinin döyüş hazırlığı və ruh yüksəkliyi olduqca yüksəkdir. Təchizat və avadanlıqla bağlı problem yoxdur”, - deyə "Anadolu" yazır.
Agentliyin əməkdaşlarının həmsöhbət olduğu Azərbaycan Ordusunun zabiti müşahidə və nəzarətin daha da gücləndirildiyini, düşmənin torpaqlarımıza bir addım belə atmasına imkan verilməyəcəyini bildirib. Digər hərbçi Ermənistan ordusunun təxribatının qarşısının alındığını, düşmənə layiqli cavab verildiyini bildirib.
Hərbçilər eyni zamanda Türkiyəyə Azərbaycana verdikləri dəstəyə görə təşəkkür ediblər