"Düşmən cəbhənin istənilən istiqamətində təxribat törədə, hərbi əməliyyatlara başlaya bilər”.
Qazilər.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib."Xalqımız əmin olmalıdır ki, Azərbaycan Ordusu, onun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir tapşırığı yerinə yetirməyə hazırdır. İstənilən vaxt düşmənin başını əzməyə hazırıq. Bundan xalqımız əmin olsun, düşmən isə qorxsun”, - nazirlik rəsmisi əlavə edib.