Şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə mənzil verildi
İyulun 14-ü Tovuz istiqamətində gedən döyüşlərdə polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.Prezident İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində addımlar atılır. Şəhidin qardaşı Rəfael Asadulov bildirdi ki, polkovnik Mirzəyev Vətən sevgisi ilə yaşayırdı və ön cəbhədə qürurla xidmət edirdi.
Müsahibim şəhidin həyat yolundanda danışdı. O, bildirdi ki, Ali Hərbi məktəbi fərqlənmə ilə bitirmişdi.
Qeyd edək ki, şəhid Polkovnik İlqar Mirzəyev 2-ci Fəxri Xiyabanda dəfn edilib. Xatırladaq ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılacaqdır. (realtv.az)