Ermənilər bu istiqamətdən qorxmalıdır - General

Ermənilər bu istiqamətdən qorxmalıdır - General backend

Ermənistan ilk növbədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan qorxmalıdır. Bu Ordu Ermənistan ordusundan daha üstün imkanlara, texnoloji xüsusiyyətlərə malikdir.

Axar.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov LAF TV-nin efirində deyib. Onun sözlərinə görə, ermənilər mümkün ssenaridə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qarşısını ala bilməyəcək:

“Bu gün Azərbaycan Ordusunda olan artilleriya sistemləri, reaktiv yaylım atəş kompleksləri və digər modern silahlar Naxçıvandakı orduda da var. Yəni Azərbaycandan gələcək istənilən hücum Naxçıvandan da gələ bilər”.

Y.Aydəmirov bildirib ki, Ermənistanda siyasi sabitlik qorxu və müharibə xofu əsasında təmin olunur:

“Ermənistan daxili siyasətinə diqqətlə baxdıqda görə bilərik ki, nə vaxt xalq narazılıq edir, etiraz səsini ucaldır, o zaman Qarabağ klanı ilə İrəvan klanı cəbhədə süni münaqişə yaradaraq, xalqa Azərbaycanın hər an hücum edə biləcəyini göstərir. Bu, onların milli xüsusiyyətidir. Xalqı qorxu altında saxlayırlar”.
Diaspora