Azərbaycan - Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə ermənilərin yaydığı yalan məlumatlara cavab verib.
O həmçinin sosial mediada paylaşdığı görüntülərdə Ağdam kəndinin mərkəzində olduğunu bildirib. Jurnalist Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyana səslənib:“Bu gün 17 iyuldur. Arxamda Qaraqayadır. Artsrun Ovannisyana deyin ki, əgər bu post ermənilərdədirsə, vursunlar məni. Haradadır erməni təxribatçıları? Artsrun, bura bax. Mən buradayam. Bəs sənin əsgərlərin hanı?”