“Şəhidləriniz şəhidlərimizdir, başınız sağ olsun” – Türkiyəli məşhurlar

“Şəhidləriniz şəhidlərimizdir, başınız sağ olsun” – Türkiyəli məşhurlar backend

Türkiyəli məşhurlar Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı Azərbaycana başsağlığı verib.

Musavat.com xəbər verir ki, müğənnilər Ebru Gündeş, Alişan, Gülbən Ərgən, Sərdar Ortaç, Seren Serengil, aktyorlar Oktay Kaynarca, Şahan Gökbahar, aparıcı Ece Erken, modelyer İvana Sərt və başqaları şəxsi hesablarında şəhidlərlə bağlı paylaşım edib və xalqımıza səbir arzulayıb.

Ece Erken Azərbaycan bayrağını paylaşaraq ,-"Şəhidləriniz bizim də şəhidlərimizdir. Millət olaraq başımız sağ olsun",- sözlərini qeyd edib.

Alişan isə ,-"Şəhidlərimizə Allahdan rəhmət diləyirəm",- sözlərini yazıb. İfaçı general-mayor Polad Həşimovun da şəklini yerləşdirib və ,-"Nə kral bir adam olmusan, nə gözəl könlün var imiş",- deyə, bildirib.

Gülbən Ərgən isə ,-"Acınız acımızdır",- deyə, paylaşımında vurğulayıb.

Oktay Kaynarca isə Azərbaycan xalqına başsağlığı verib.

Işın Karaca Bakıda baş tutan yürüşdən görüntü yerləşdirib və "Türkün türkdən başqa dostu olmaz",- sözlərini yazıb.

Serengil isə ,-"Bu da bizim can qardaşlarımızın bayrağıdır. Uğruna şəhid edilən bütün azərbaycanlı qardaşlarımız bizim də şəhidimizdir",- deyə, bildirib.

Sərdar, Ebru, Çağla Şikel, Merve Özbay bayrağımızın fotosunu bölüşərək Azərbaycan xalqının yanında olduğunu bildirib.
Diaspora