General-mayor P.Həşimovun cənazəsi doğulduğu Vəndam kəndinə gətirilib
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimovun nəşi vidalaşmaq üçün doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə gətirilib.Vida mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, General-mayor Polad Həşimovun cənazəsi iyulun 15-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq. (realtv.az)