İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu dəfn olunub.
"Report" xəbər verir ki, Ə.Əzizov bu gün torpağa tapşırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan Əzizov Əziz İzzət oğlunun evində olub.
Ombudsman hadisə yerinə baş çəkib və mövcud şəraitlə tanış olub. S.Əliyeva mülki əhaliyə qarşı törədilmiş təcavüzlə bağlı geniş hesabatın hazırlanacağını və ən qısa zamanda müvafiq beynəlxalq qurumlara göndəriləcəyini bildirib.