Ermənistan Türkiyənin səbrini daşırır - Özarslan

Ermənistan Türkiyənin səbrini daşırır - Özarslan backend

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərini ələ keçirmək məqsədilə növbəti hücum cəhdi XIX əsrdən başlayaraq ötən yüzillikdə daha da şiddətlənən məkrli erməni siyasətinin növbəti nümunəsidir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Hacettəpə Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan deyib.

“Ermənistan bu hücumla BMT-nin Nizamnaməsində yer alan və bütün ölkələrin əməl etməli olduğu “ərazi bütövlüyü və siyasi suverenliyə hörmət” prinsipinə qarşı çıxır. Məlum olduğu kimi, Ermənistan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı dörd qətnaməsinə əməl etmir. Bütün bunlar genişlənmiş məkrli erməni siyasətinin son hədəfi olan saxta “Böyük Ermənistan” xülyası məqsədilə həyata keçirilir. Digər bir məqsəd, son vaxtlar münasibətləri xeyli yaxşılaşan Türkiyə və Rusiyanı üz-üzə qoymaq cəhdidir. Türkiyənin bölgədə güclənməsi, eləcə də Liviya, Suriya və İraqda mövcudluğu Ermənistanı ciddi narahat edir və qorxudur. Ermənistanın qanunsuz əməlləri beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə və Azərbaycanın səbrini daşırmaqdadır. Lakin təcavüzkar tərəf bunu bilməlidir ki, atəşkəsin şərtlərinə əməl edən Azərbaycan, eyni zamanda, ərazi bütövlüyünü təmin etmək və qorumaq hüququna malikdir. Danışıqlar imkanı tükənərsə bu haqdan istifadə oluna bilər”, - B.B.Özarslan qeyd edib.
Diaspora