Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Düşmən ağır itkilər verib!Cəmiyyətin müxtəlif tanınmış insanları çıxış edərək ordumuza dəstəyini bildirib. QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da ordumuza ilk dəstək ifadə edənlərdən olub. O, saytımıza bunları deyib:
“Bu gün cəbhədən həyəcanlı xəbərlər aldıq. Bütün xalqımız kimi mən də narahat və nigarançılıqla rəsmi xəbərləri gözləmişik. Şükür Allaha, düşmənin hücumunun qarşısı alınıb və layiqli cavab verilib! Təəssüf ki, şəhidlərimiz və yaralananlarımız da oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralananlarımıza da şəfa diləyirəm! Mən həmişə Azərbaycan ordusunun qüdrətinə, gücünə inanmışam! Çünki ordumuz güclüdür, istənilən döyüş əməliyyatlarını uğurla həyata keçirməyə hazırdır! Azərbaycan əsgəri qüdrətli əsgərdir! Mən inanıram ki, ordumuz cəbhənin bütün istiqamətlərində düşmənə layiqli cavabı verəcək! Bir gün ordumuz işğal altındakı bütün torpaqlarımıız azad edəcək! Mən də ehtiyatda olan bir zabit kimi həmişə ordumuzun yanındayam! Qələbə müjdəli sabahlaradək!”
QAZİLER.AZ