Aprel döyüşlərinin sonuncu ŞƏHİDinin doğum günüdür

Aprel döyüşlərinin sonuncu ŞƏHİDinin doğum günüdür backend

Bu gün Aprel döyüşlərində qəhrəmancasına Şəhid olan XTQ giziri Seymur Baxışovunun doğum günüdür...

Qaziler.az bildirir ki, əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurub; Amin adında bir oğlu yadigar qalıb.

Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azerbaycanın ermənistan terror birləşmələri tərəfindən işğal olunmuş Qarabağ bölgəsində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 19-u onun meyiti təmas xəttindən götürülüb, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.

Diaspora