"Əsgər Ailəsi Cəmiyyəti" Türkiyədə qeydiyyata alındı

"Əsgər Ailəsi Cəmiyyəti" Türkiyədə qeydiyyata alındı backend

"Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin Türkiyə şöbəsi, bu ölkənin Daxili İşlər Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Bundan sonra təşkilat Azərbaycanda olduğu kimi Türkiyədə də eyni məqsədlə - vətənpərvərliyin təbliği ilə bağlı fəailiyyət göstərəcək.

"Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İB-nin rəhbəri, Qarabağ müharibə veteranı, ehtiyatda olan zabit Roza Əliqızı Hünər.info-ya məlumat verərək bildirib ki, təşkilatın Türkiyə şöbəsi iki ildir fəailiyyət göstərir: "Sadəcə olaraq rəsmi qeydiyyatdan keçməyi gözləyirdik. Nəhayət, Daxili İşləri Nazirliyinin uzun incələməsindən sonra bu gün şad xəbər aldım. Təşkilatımızın Türkiyə şöbəsi qardaş dövlət tərəfindən qeydiyyata alınaraq rəsmi fəailiyyət göstərməmizə icazə vermişdir".

Əsas məqsədimiz vətənpərvərliyin təbliği olmaqla və Qarabağ gerçəkliklərini gündəmdə saxlamaq, əsgər və şəhid ailələrinə, qazilərimizə xidmət etmək, hüquqlarını müdafiə etməkdir.

Roza Əliqızının bildirdiyinə görə, 10 ildən çoxdur ki, onlar Türkiyədə bu yöndə tədbirlər, konfranslar, görüşlər keçirməkdədirlər. Bu il isə onların təşkilatçılığı ilə Türkiyə Təhsil Nazirliyi və müdirlikləri tərəfindən liseylərdə Xocalı soyqırımının anım günü şox yüksək səviyyədə keçirilib və bundan sonra daha geniş fəailiyyət göstəriləcək. Roza Əliqızı iki qardaş ölkə olan Azərbaycan və Türkiyədə gənclərinin vətənpərvərlik əhval-ruhiyəsinin yüksəlməsi, Qarabağ gerçəklikləri və Xocalı soyqrimı haqda geniş məlumata malik olmaları üçün əzmlə çalışacaqlarını bildirib.
Diaspora