Almaniyanın Köln şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım tədbiri keçirilib.
Bu barədə Modern.az-a Köln şəhərində yaşayan azərbaycanlı ilahiyatçı Mirbaqir Ağayev məlumat verib.M.Ağayev bildirib ki, mərasim iştirakçılarına Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, qəhrəmanlığndan, döyüşdə göstərdiyi şücaətindən danışılıb. Eyni zamanda “İRKAZ” cəmiyyəti tərəfindən Mübariz İbrahimovun ruhuna Quran oxunub və ehsan verilib.