Ermənistan Qarabağa yeni yol çəkir: Səbəb nədir?

Ermənistan Qarabağa yeni yol çəkir: Səbəb nədir? backend

Ermənistan Dağlıq Qarabağa 3-cü yeni magistral yol çəkməyə hazırlaşır.

Bəs yoxsulluq səviyyəsində olan və iqtisadi çətinliklərdən yaxa qurtara bilməyən Ermənistana bu yol çəkilişi nə üçün vacibdir?XəzərXəbər prosesin pərdə arxasını hərbi mütəxəssislərin gözü ilə dəyərləndirib.

Rəsmi İrəvan həm hərbi, həm də iqtisadi məqsədlər üçün Ermənistandan Dağlıq Qarabağa 3-cü magistral yolun çəkilməsini planlaşdırır.

Xüsusilə ilə də 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin may ayında həyata keçirilən Naxçıvanda Günnüt əməliyyalarından sonra Ermənistandan Dağlıq Qarabağa gedən Laçın koridoru, eləcə də İran sərhədinə yaxın ərazidən gedən magistral yollar Azərbaycan silahlı qüvvələrinin hər an vura biləcəyi hədəf halına gəlib. Buna görə də Ermənistan Təhlükəsizlik Şurası işğal altındakı torpaqları əldə saxlamaq üçün Qapandan Hadruta qədər olan 150 km məsafədə müşahidədən nisbətən kənarda qalan yeni yolun çəkilməsinə qərar verib.

Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovniki Məhərrəm Cahangirov bildirir ki, xüsusilə 2016-cı ilin aprelindəki hərbi əməliyyatlar zamanı Ermənistan ordusunun baş verənlərə planlaşdırılandan dəfələrlə gec reaksiya verməsi yeni yolun çəkilməsini qaçılmaz edir. O, bildirir ki, Amerika və Rusiyalı hərbi strategiya üzrə mütəxəssislər Cənubi Qafqazda son 32 ildəki münaqişələrə dair 180 səhifəlik təhlilərdə də göstəriblər ki, Ermənistanın aprel döyüşlərində məğlubiyyətinin əsas səbəblərindən biri hərbçilərin manevri üçün lazımı infrastrukturun olmamasıdır.

Məhərrəm Cahangirov bildirir ki, Ermənistan üçüncü yolu çəkməsinə baxmayaraq bu yol da Azərbaycan Ordusunun müşahidəsindən və zərbə nöqtəsindən kənarda deyil. Azərbaycan ordusunun sahib olduğu Polonez, Smerç, Lora kimi yaylım-atəş sistemləri və taktiki raketləri nəinki hansısa yolu, hətta İrəvanda istənilən hədəfi vurmaq iqtidarındadır.

Məhərrəm Cahangirovun sözlərinə görə bir sıra xarici hərbi araşdırma təşkilatları da qeyd ediblər ki, Azərbaycan aprel döyüşləri zamanı sahib olduğu artilleriya sistemlərinin cəmi 10 faizini istifadə edib.bütün hərbi parametrlərə görə Azərbaycan Ermənistandan müqayisəolunmaz üstünlüyə malikdir.

Diaspora