“Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.O qeyd edib ki, pandemiya səbəbindən “Hamının hamıya” prinsipinin tətbiq edilməsi ilə bağlı iş aparılır:
“Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq”.