“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib“

“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib“ backend

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməyib.

Qazilər.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Trend-in Minnesota ştatının Senatı tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “tanınması” barədə qətnamənin qəbul edilməsi barədə sorğusuna cavab olaraq deyiblər.

Qeyd olunub ki, ABŞ-ın siyasəti dəyişməyib və Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır:

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin Helsinki yekun aktının prinsiplərinə əsaslanan - güc tətbiq olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını müəyyən etməsi prinsipləri əsasında dinc yolla nizamlanmasına nail olmaq üçün tərəflərə kömək göstərməyə sadiqdir. ABŞ əvvəlki kimi Minsk qrupunun bu məqsədə nail olması səylərində tam şəkildə iştirak edir”.
Diaspora