Şuşasız şadlanmaq şərəfsizliyi...

Şuşasız şadlanmaq  şərəfsizliyi... backend

Azərbaycanda kimsənin sinəsinə döyüb hansısa uğurdan danışmağa haqqı yoxdur... 3 cümlədə bir "quş"...

Şuşada olmayanlarımız, heç olmasa, fotolarına, videolarına baxsınlar – belə şəhəri, belə bölgəni itirdikdən sonra əlini-əlinin üstünə qoyub 28 il cınqırını da çıxarmayıb, bir kəsdən tələb etmədən, yalnız canının, qarnını doyurmağın hayına qalıb ev, yardım, iş, vəzifə davası etmək, üstəlik, fürsət düşən kimi, kafelərdə, gecə barlarında, restoranlarda, şadlıq saraylarında ley-pey edib şadlanmaq, atəşfəşanlıq şərəfsizlik deyilmi?

Son 25-30 ilin, xüsusən 26 illik “atəşkəs” dövrünün gerçəklərini görən hər bir kəsə aydın olar ki, Şuşanı, Kəlbəcəri, Laçını - Qarabağı azad edə bilmədikcə Azərbaycanda vəzifəsindən, statusundan, var-dövlətindən, siyasi mövqeyindən asılı olmayaraq kimsənin sinəsinə döyüb hansısa uğurdan, müvəffəqiyyətdən, üstünlükdən, qələbədən danışmağa haqqı yoxdur...

Sultan Laçın

moderator.az
Diaspora