Ermənistan Qarabağla bağlı birtərəfli güzəştə getməyəcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasında çıxışı zamanı Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.“Biz həmişə demişik ki, problemin həlli qarşılıqlı güzəştə əsaslanır. Heç kim Ermənistandan bizim milli təhlükəsizliyimizə zərər vuracaq güzəştləri ehtiva edən hansısa addım gözləyə bilməz”, – deyə o bildirib.
Mnatsakanyan mərhələli həllin yalnız bütün tərəflərin eyni miqyaslı kompromisə gedəcəyi təqdirdə mümkün ola biləcəyini söyləyib.
XİN rəhbəri mərhələli həll üçün ilk növbədə status məsələləsinin həll edilməli olduğunu vurğulayıb:
“Tərəflərin öhdəliklərinin balanslaşdırılması ilə bağlı plan çox vacibdir. Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planının reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır”.
O, “Qarabağ xalqı”nın təhlükəsizliyinin Ermənistan üçün prioritet olduğunu deyib:
“2016-cı ilin apreli təkrarlanmayacaq, 1991-1994-cü illər olmayacaq. Bunun üçün bizim qətiyyətimiz yetərlidir”.