Qarabağı qaytarsaq da, Rusiya qarşı çıxacaq - Arutyunyan

Qarabağı qaytarsaq da, Rusiya qarşı çıxacaq - Arutyunyan backend

Ermənistan tərəfi bəyan edir ki, danışıqlar masasında hansısa sənəd yoxdur. Belə bir fikir var ki, Paşinyan xalqı aldadır.

Axar.az xəbər verir ki, bunu erməni politoloqu Şant Arutyunyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan nə olduğunu başa düşmədən danışıq aparır.

“Nikol Paşinyan deyir ki, biz danışıq aparmırıq. Lavrov və digərləri bizə cavab verir: Əzizim, nə istəyirsən de, amma bütün hallarda sənədi imzalayacaqsan”, - politoloq bildirib.

Arutyunyan qeyd edib ki, Paşinyan danışıqların nə olduğunu başa düşə bilmir. Çünki Ermənistan baş naziri danışıqları Madrid prinsipləri əsasında aparmadıqlarını, sıfırdan başladıqlarını deyir. Bu da onu sübut edir ki, erməni xalqı adekvat deyil.

Politoloqun sözlərinə görə, Rusiyanın həll olunmamış problemləri qaldıqca regionda status-kvo qorunacaq:

“Ermənilər torpaqları qaytarmaq istəsə də, Rusiya buna qarşı çıxacaq”.
Diaspora