Bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun vəfatının 27-ci ildönümüdür

Bu gün Milli Qəhrəman İsgəndər Aznaurovun vəfatının 27-ci ildönümüdür backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurovun vəfatının 27-ci ildönümüdür.

Qazilər.az bildirir ki, xalq arasında "Topçu İsgəndər" kimi tanınan Milli Qəhrəman 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib.

Qəhrəmanın Qarabağ müharibəsi zamanı Gədəbəy rayonunda gedən döyüşlərdə göstərdiyi misilsiz qəhərəmanlıq nümunələri bu gün də xalqımızın dilində əzbərdir.

Topçu İsgəndər 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub, Gədəbəyin Şınıx bölgəsində yerləşən və indi onun adını daşıyan qaladan bir gündə düşmənin 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, həmçinin düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb.

1993-cü ilin yaz aylarında isə hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv edib və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirib.

Döyüşkən ruhu ilə dillərə dastan olan Milli Qəhrəman Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar ”, “Ləzgi qayası” əməliyyatlarında da xeyli düşmən texnikası və canlı qüvvəsini məhv edib.

1993-cü il aprelin 18-də isə Gədəbəydə “Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşub. Səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina eden Milli Qəhrəman arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanıb.

Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gələrək, qəhrəmancasına həlak olub. Qəhrəman Bakının Şəhidlər Xiyabanında dəfn edilib.
Diaspora