Böyük Britaniya Dağlıq Qarabağdakı qondarma "seçkilər”in ikinci turunu da tanımır

Böyük Britaniya Dağlıq Qarabağdakı qondarma "seçkilər”in ikinci turunu da tanımır backend

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi işğal olunmuş Dağlıq Qarabağda ikinci turu aprel ayının 14-də keçiriləcək qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.

Qazilər.az xəbər verir ki, səfirlikdən verilən məlumata əsasən, bəyanatında deyilir:

"Böyük Britaniya ikinci turu aprel ayının 14-də keçiriləcək Dağlıq Qarabağdakı qondarma "prezident seçkilərini” tanımır. Böyük Britaniya bir daha ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin sülh prosesindəki rolunu dəstəklədiyini vurğulayır. Biz beynəlxalq hüququn bütün dünyada tanınan prinsip və normalarının əhəmiyyətini vurğulamaqla bərabər, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik. Biz Azərbaycan və Ermənistanı münaqişənin sülh yolu ilə həll olunması və etimadın yaradılması üçün səylərini sürətləndirməyə çağırırıq".

Qeyd edək ki, işğal olunmuş Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda qondarma rejim tərəfindən qondarma "prezident və parlament seçkiləri"nin birinci turu mart ayının 31-də keçirilib. Əksər dövlət və beynəlxalq təşkilatlar isə bu "seçkiləri" tanımadığını bəyan edib.
Diaspora