İşğal altındakı torpaqlarımızda 3 erməni yoluxub, 4 polis isə karantinə alınıb...
Xəbər verildiyi kimi, artıq Azərbaycanın işğal altındakı ərazilərində sülənən 3 erməni Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz qurumları tərəfindən koronavirusa yoluxmuş xəstə kimi qeydə alınıb.Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, 28-ci ildir işğal altında qalan Laçın rayonunun Mirik, Bozlu və Ağoğlan kəndlərindəki 3 ermənidə koronavirus aşkarlanıb. Hər üç kənd karantinə alınıb.
Son məlumatlara görə, Laçın rayonunun Zabux kəndi yaxınlığında Ermənistanla sərhəddəki qanunsuz buraxılış məntəqəsində işləyən 4 erməni polisi də koronaviruslu şəxslərlə təmasda olmaq şübhəsi ilə karantinə alınıb...
P.S. Maraqlı olan digər bir məqamdır: Görəsən, dünya üzrə anabaan koronaviruslu xəstələrin qeydiyyatını aparan Ümumdünya Səhiyyə Təşkilatı Qarabağdakı erməni xəstələri hansı ölkənin hesabına yazacaq: Azərbaycanın Ermənistanın?.. Onlar hüquqi baxımdan Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlardır. Ancaq 30 ildir hüquqa, qanuna, ədalətə riayət edən varmı?..