Qarabağ cəbhəsində gərginlik artır. Azərbaycan ermənilərə çoxdan gözlədiyimiz dərsi verdi və bunun son qələbəyə qədər davam etməsi üçün daha qərarlı olmalıyıq- düşüncəsindəyəm.
Baxın, üçüncü onillikdir ki, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında qalmasına biganə qalan Dünya dərhal narahat olamağa başladı. Görürsünüzmü ermənilərin nə qədər dayısı vaar. Atəş davam edərkən ilk rahatsızlığı Putin bildirdi. Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Putinin dilindən Ermənistanın yanında olacağını bəyan etdi. NATO ... qınadı. Azərbaycanın bu ərazisinin işğalına biganə qalan ölkələr, məsələn, Almaniya narahat olur... Niyə indiyəcən reaksiya vermirdilər? Düz 20 ildir ki, Azərbaycanı oyalamğa çalışan, Dağlıq Qarabağın müqabilində qalan 7, hətta 5 rayonu geri vermək məqsədini reallaşdırmaq istəyindən bir addım irəli getməyən ATƏT-in Minsk qrupunun canına vəlvələ düşüb...Bir neçə ay əvvəl Rusiyanın əvvəlcə Ukraynada, daha sonra isə Suriyada başı qarışarkən mən bir yazı yazmışdım.
Modern-də yayınlanmışdı. Təkrar olsa da, o fikirlər aktuallığını itirmədiyindən bir daha nəzərinizə çatdırmaq istərdim:
Ermənistan qorxur - Qarabağı geri almağın əsl zamanıdır
Son zamanlar Suriya məsələsində Rusiyanın daha da təklənməsi bu dövlətin Yaxın Şərqdə də “ikinci Əfqanıstan”ı yaşayacağını və biabırcasına buranı tərk edəcəyinin xəbərçisidir. İslam ölkələrinin bir araya gələrək Rusiya –İran- Suriya üçlüyünə hələlik siyasi dirəniş göstərməsi Rusiyanın özündə belə bəzi politoloqları ümidsiz proqnozlar verməyə vadar edir. İslam dövlətləri əslində Rusiyanın hərəkətlərinə qarşı birləşdilər. Rusiyanın Türkmən Qızıldağına bomba yağışı yağdırması “kor adamın sağa sola yumruq atmasına” bənzəyir.Bütün bunlardan sonra belə bir ehtimal irəli sürmək olar ki, Rusiya Suriyada edə bilmədiklərini başqa bir regionda gerçəkləşdirmək istəyəcək. Bunun üçün yeni meydan Qarabağ ola bilər. Buna isə hələ çox var. Bunun olmaması üçün fürsəti və vaxtı fövtə vermədən Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatlarını keçirməyə hazırlaşmalıdır.
BİR DƏ BELƏ İMKAN ƏLƏ DÜŞMƏYƏCƏK.
İndi dünya buna heç bir şey deyə bilməz. Dağlıq Qarabağın işğal altında olan digər 7 rayonla birlikdə bizim olduğunu bütün dünya bilir. Dünyaya bunu bir daha qəbul etdirməyin zamanı gəlib.
Yeni ərazilərmi itirəcəyik?
Qətiyyən ola bilməz. Suriyanın bölünməsinin tərəfdarı olmayan dünya Azərbaycanın da bölünməsinə razılıq verməyəcək. Əlbəttə, Qarabağda başladacağımız bu “antiterror əməliyyatları” Ermənistana da sıçradılacak və qəsdən, provakativ hərəkətlərlə Ermənistanın bu müharibəyə girməsini göz ardı etməməliyik. Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən müharibə olacaq. Bunu da bilməliyik ki, Ermənistanla ikitərəfli və kollektiv şəkildə bir neçə təhlükəsizlik anlaşmaları olan Rusiya Ermənistana yardım edəcək.
Əgər biz məqamında bunu etsək bu yardım bizim gözlədiyimiz o yardım olmayacaq. Ən azından bunu birbaşa edə bilməyəcək. Rusya hərbi maşını. İndiki situasiyada Rusiya özünə “üçüncü cəbhə” açmaq istəməyəcək. O zaman Azərbaycan öz hərbi üstünlüyünü tətbiq etməli, istədiyi nəticəni almalıdır.
Ermənistanda bunlar hər an gündəmdədir. Ermənistanda bu məsələlər müzakirə edilərkən xüsusi vurğulanır ki, Rusiya bu durumda hərbi ortağını sata bilər. Və Ermənistan bundan çox qorxur. Güvənmir Rusiyaya. Hətta Azərbaycanı tərcih edəcəyini deyənlər də var. Özümüz öz başımızın çarəsini qılmalıyıq deyirlər. Ona görə də Dağlıq Qarabağa suriyalı və livanlı ermənilər göndərilir. Diaspora ermənilərinin savaşa hazırlaşmaları da bu səbəbdəndir. Ermənistanda bəziləri buna arxayındırlar ki, Rusiyada Azərbaycandan olan insanların böyük biznesləri var. Azərbaycan bundan çəkinəcək. Amma kiminsə sərvətinin Qarabağdan öndə olmasını düşünmək nadanlıq olardı.
Bəllidir ki, Ermənistan Rusiyanın hərbi və siyasi həyati maraqlar zonasıdır və dərhal buna adekvat tədbirlər görəcək. Belə adekvat tədbirlər qarşı tərəfin əlində də var. Azərbaycanın da NATO ölkəsi olan strateji müttəfiqi Türkiyə bütün bunlara seyrçi qala bilməyəcək. Onsuz da Qərb Rusiyanın Cənubi Qafqazdan keçəcək enerji koridorlarından və yollardan mərhum eləmək istəyir. Neçə illərdir ki, “Ərəbzəngilik”edərək kefi istəyəndə qazı kəsərək “Avropanın anasını ağladan” Rusiya gələcəkdə enerji dəhlizlərində yer almayacaq.
Rusiya bütün beynəlxaq layihərdən uzaqlaşdırılacaq və yaxın illərdə biz bunun şahidi olacağıq. Putinin zəncir gəmirməsinin səbəblərindən biri də budur.
Suriyada oynadığı mənfi rolu ilə Putin Rusiyası təcrid olunma dövrünü artıq yaşamağa başlayıb. Bu məsələlər də Qarabağın azad edilməsinə yardımçı olacaq. Rusiya qorxusunu qafalardan ataraq bizə lap yaxıın olan tarixi fürsəti dəyərləndirməliyik.Qarabağı geri almağın əsil zamanıdır.”
...Bunları yazmışdım üç ay öncə! İndi də o düşüncədəyəm. Gerçəklər ortadadır. Ermənilər dediyim kimi təşviş içindəuzun zaman yaşaya biməzlər. İndi qaçacaqlar. Onlar qorxurlar. Azərbaycanın güclü olduğunu görüncə qaçacaqlar. Azərbaycanın bu dəfəki zərbəsinin arxasında nəyin gizləndiyini hələ heç kim bilməsə də zərbəmiz işini görmüşdür. Özü də bunun ABŞ-da nüvə sammiti günlərində baş verməsi öz effektini bir az da artırdı...
Ermənilər kömək üçün Diasporaya müraciət edirlər. Yenə beynəlxalq terrorist gruplarını Qarabağa toplamağa çalışacaqlar. Birinci Qarabağ savaşında da belə olmuşdu. Biz o zaman bütün Türklüyü bu savaşa yönəldə bilməmişdik. Hazır deyildik. Dəstək cəlb edə bilməmişdik. Türkiyə o zaman bu konuya indiki qədər həssas və hakim deyildi. Türkiyə indi ayaqdadır. Bu günlər məni ən şok riqqətə gətirən Güneyli soydaşlarimizin küçələrə axışaraq Azərbaycana dəstək verməsidir. 90-cı illərdə də, Birinci Qarabağ savaşı zamanı belə deyildi. Hər bir güneylinin qəlbə bizim üçün yansa da fikirlərini belə qərarlı ifadə edə bilmirdilər. Azərbaycanın arxasında 35 milyon soydaşımızın durduğu bu günlərdə biz bu üstünlüyümüzü reallaşdırmaq, arxamıza bütün gücləri toplayaraq torpaqlarımızın düşməndən azad edilməsinə çalışmalıyıq. Çzümüzü aldatmamalıyıq. Qarabağın kimin olması yeni bir savaşdan asılıdır. Sülh yolu ilə onu əldə etmək, özününkü eləmək sadəcə mümkün deyil... Qələbəyə doğru!
Qafar Çaxmaqlı
03.04.2016 Kayseri, Türkiyə