"Çünki bəlli deyil ki, Sarkisyan komissiyanın dəvətini qəbul edəcək, yoxsa o dövrün qərargah rəisi Yuri Xaçaturov kimi izahatdan yayınacaq".
Moderator.az erməni saytlarına istinadla xəbər verir ki, bu fikirləri düşmən ölkənin parlamentində Aprel döyüşləri ilə bağı yaradılan müvəqqəti komissiyanın sədri Andranik Koçaryan hadisənin dörd illik ildönümü ilə bağlı açıqlama verərkən səsləndirib.Komissiya sədri bildirib ki, qurum Sarkisyanı dindirmək üçün son dəfə dəvət edib. O gəlməsə belə, artıq hesabatın nəticələri açıqlanacaq: "Çünki bəlli deyil ki, Sarkisyan komissiyanın dəvətini qəbul edəcək, yoxsa o dövrün qərargah rəisi Yuri Xaçaturov kimi izahatdan yayınacaq".
A.Koçaryan Sarkisyanı Aprel müharibəsinin məsuliyyətini Moskvanın üzərinə atmaqla yaxasını kənara çəkməkdə günahlandırıb.
Onun sözlərinə görə, dörd günlük Aprel müharibəsi Ermənistanın yaxın tarixinin ziddiyətli dönüş nöqtəsidir.
Qeyd edək ki, Aprel savaşı barədə danışarkən Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan döyüşlərin dayandırılmasında Moskvanın təsirini bir neçə dəfə səsləndirmişdi. Bu isə erməni cəmiyyətində Sarkisyanın məsuliyyətdən yayınması kimi qiymətləndirilir.
Paşinyan hökuməti isə bununla, əslində, Aprel savaşındakı uğursuzluğun səbəblərini araşdırmağa çalışır və Sarkisyanı bu uğursuzluqda günahlandırır.