“Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşir...” - Erməni nəşri

“Dağlıq Qarabağda vəziyyət  gündən-günə  gərginləşir...” - Erməni nəşri backend

“ “Artsax” “prezidenti” vəzifəsinə 14 namizəd iddialıdır. Bazar günü onların namizədliklərini geri götürmələrinin son tarixi başa çatıb, lakin heç biri geri çəkilməyib. Namizədlərin qarşılıqlı leksikonu isə hər gün daha da kəskinləşir”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" qəzeti yazır.

“Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşir. Səbəb isə planeti cənginə alan koronavirus deyil, 31 Mart “parlament” və “prezident” “seçki”ləridir”- işğalçı ölkə nəşrində belə deyilir.

Qəzetin müxbirinə verdiyi müsahibədə “prezident”liyə namizəd general Vitali Balasanyan, açıq şəkildə Bako Saakyanın Araik Arutyunyanı dəstəklədiyini söyləyib. Nikol Paşinyanın isə iki namizədi var - Araik Arutyunyan və Masis Mailyan.

Özünün səsləndirdiyi tənqidlərə gəldikdə, Vitaliy Balasanyan təkrar edib: “... bütün dünyaya erməni və azərbayacanlıların Qarabağda birlikdə yaşamaq proqramı haqqında açıq şəkildə söylədiyim açıqlamalara Ermənistan və Qarabağın siyasi orqanlarından heç bir əks arqument eşitmədim və görmədim. Bir daha təsdiq edirəm ki, Bratislava, Cenevrə və Münhendəki danışıqlarda birgə yaşayış paketinin detalları müzakirə edilib...”
Diaspora