Erməni lobbisinin aktiv səylərinə rəğmən ABŞ-ın qondarma Qarabağa təqdim etdiyi birbaşa yardım ləğv edilib.
Axar.az xəbər verir ki, bu məlumatı Amerika Tədqiqatları Erməni Mərkəzi yayıb.“Tramp administrasiyası Qarabağın minalardan təmizlənməsi proqramına ayrılan vəsaitin ixtisarı barədə qərar qəbul edib. Amerika Tədqiqatları Erməni Mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin aktiv fəaliyyəti, o cümlədən ABŞ Təhlükəsizlik Şurasında öz maraqlarının təmini üçün xərclədiyi pullar barədə məlumat təqdim edib. Məhz ABŞ Təhlükəsizlik Şurası bu proqramın gələcəyini müəyyən edir.
Qeyd etmək yerinə düşər ki, ABŞ Ermənistan istisna olmaqla, Qarabağın müstəqilliyini tanımadan ona maliyyə yardımı göstərən yeganə dövlət olub”, – deyə bəyanatda bildirilib.